Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın yenidən Suriyaya səfər edib və ölkənin yeni lideri Əhməd Əş-Şəra ilə görüş keçirib.“Ulusum”.az xəbər verir ki, bu haqda Suriya Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.Kalının rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin danışıqları Dəməşqdə Prezident Sarayında baş tutub. Görüşdə Suriya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Həsən Əş-Şəbani də iştirak edib.Bu, İbrahim Kalının qonşu ölkədə hakimiyyət dəyişikliyindən sonra Suriyaya ikinci səfəridir. Onun Dəməşqə ilk səfəri ötən il, 12 dekabr tarixində baş tutmuşdu.Səidə
Diqqət Çəkənlər
Azərbaycan Prezidenti Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostini təbrik edib
Narsist və Psixopat: Əsas Fərqləri Necə Ayırd Etmək Olar?
Şişkinliklərin Əsas Səbəbi: Limfatik Sistem Pozulmaları