ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi bir sıra miqrasiya proqramlarını dayandırıb. Bu qərar, dünyadakı qeyri-sabit bölgələrdən qaçan miqrantların ölkəyə girişini bloklayacaq.
Axar.az xəbər verir ki, məlumatı “Nyu York Tayms” yayıb.
Qeyd olunub ki, bloklanan proqramlar arasında "Ukrayna üçün Birlik" təşəbbüsü də var. Bu proqram 150 mindən çox ukraynalıya ABŞ-a daxil olmaq imkanı verib.
Yeni administrasiya isə bəzi proqramların qanunsuz olduğu qənaətindədir.