AZ

ABŞ Meksika ilə sərhədə Stryker yerləşdirəcək?

ABŞ administrasiyası qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə Stryker zirehli transportyorları ilə təchiz olunmuş hərbi bölmələr yerləşdirmə imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, ABŞ rəsmiləri ABŞ-Meksika sərhədinə əlavə olaraq minlərlə hərbçi, o cümlədən 20 tonluq Stryker zirehli transportyorları ilə təchiz edilmiş piyada bölmələri göndərməyi planlaşdırır.

Mənbələr bildirir ki, ümumilikdə 10 minə qədər hərbçinin, o cümlədən 82-ci hava-desant diviziyasının əsgərlərinin sərhədə köçürülməsi müzakirə edilir.

Bundan əvvəl ABŞ administrasiyası sərhədin qərb hissəsinə 4000 hərbçinin, helikopterlərin və hərbi kəşfiyyat bölmələrinin yerləşdiriləcəyini açıqlamışdı.

Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp sərhəd təhlükəsizliyi üçün fövqəladə vəziyyət elan edib. O, bunun qeyri-qanuni miqrantların ölkəyə "fəlakətli hücumuna" qarşı mübarizə aparmaq məqsədilə cənub sərhədinə əlavə qoşun göndərilməsinə imkan yaradacağını bildirib.

Seçilən
2
49
ikisahil.az

10Mənbələr