Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir.
ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib.
Bu barədə Operativ Media “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir.
Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər.
ABŞ-da ən çox qeyri-qanuni miqrant Braziliya - 38,677; Çin - 37,908; Haiti - 32,363; və Venesueladan (22,749) olub.