AZ

Nyu-Yorkda miqrantlara qarşı kütləvi reydlər başlayıb - KİV

ABŞ-nin Nyu-York şəhərində federal hakimiyyət orqanları qanunsuz miqrantlara qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.Bu barədə "The New York Post" mənbələrə istinadən məlumat yayıb.

"Əməliyyatlar yanvarın 28-ə keçən gecə 200-dən çox insanın saxlanıldığı Kuins və Bruklin rayonlarında başlayıb.Həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir.Məqsəd qanunsuz miqrantlarla əlaqədə olan cinayətkar qrupları sıradan çıxarmaqdır", - mənbə bildirib.

Ağ Ev əməliyyatın müvafiq güc strukturları ilə əlaqələndirildiyini təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp əvvəllər də miqrasiya siyasətinin sərtləşdirilməsi və qanunsuz miqrantların məcburi deportasiyasının lehinə çıxış edib.

www.anews.az
Seçilən
5
48
anews.az

10Mənbələr