AZ

DİQQƏT: “Instagram”, “TikTok”dakı qısa videolar insan beyni üçün TƏHLÜKƏLİDİR

“Instagram”, “TikTok” və s. kimi müxtəlif resurslarda qısa videolara (shorts) tez-tez baxmaq insanlarda yuxu rejiminin pozulmasına, özünü şəxsi həyatında xoşbəxt hiss etməsinə və hətta düşünməsinə mane olur.

Bizim.Media xəbər verir ki, alimlərin fikrincə, belə əyləncəli məzmunlu videolar insan beyninə əhəmiyyətli dərəcədə təsir edir.

Araşdırmalar göstərir ki, bu cür videoları izləyən zaman insanda orbitofrontal korteks və beyincikdəki sistem aktivləşir, idrak idarəetmə sistemi isə əksinə, deaktiv olur. Beləliklə də insan həddən artıq özündən razılıq prosesinə qərq olur.

İnsanlar nəticələrini düşünmədən dopamin əldə etməyin asan yoluna tez öyrəşirlər.

Alimlər bu prosesin daha dəqiq izahını vermək üçün könüllülər arasında eksperiment aparıblar.

Belə ki, bir neçə ay ərzində gündə ən azı 95 dəqiqə qısa videolar izləyən şəxslərdə konsentrasiyanın azalması müşahidə edilib. Beyin üçün daha mürəkkəb tapşırıqlara diqqət yetirmək və hətta daha uzun videolara baxmaq çətinləşib.

Həmçinin məlum olub ki, araşdırmalara cəlb olunan insanlarda öünün və başqalarının daimi müqayisəsi ilə əlaqəli posterior singulat korteks aktivləşdiyi üçün tədqiqat iştirakçılarının özünə inamı da aşağı düşüb.

Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr