AZ

Alman mühəndisi 120 gün sualtı qayıqda yaşayaraq rekord qırıb

Alman

Alman mühəndisi Rüdiger Kox, Panama sahillərində sualtı qayıqda 120 gün keçirib və bu müddət ərzində bir dəfə də olsun səthə qalxmayıb.“Ulusum”.az xarixi mətbuata istinadən xəbər verir ki, Kox su altında ən uzun müddət qalan şəxs olaraq rekord qırıb.Sualtı qayığın sahəsi 30 kvadrat metr olub və o, 11 metr dərinlikdə su altında yerləşib. Qayiqda yataq, tualet, televizor və kompüter kimi müasir rahatlıqlar, ayrıca, internet və idman avadanlığı da mövcud olub.Elektrik enerjisi günəş panelləri ilə təmin edilirdi, amma Koxun ehtiyat generatoru da var imiş. Qayiq mühəndisin qida aldığı və ziyarətçilər ilə həkimlərin baş çəkə bildiyi yuxarıdakı yerə bağlanmışdı.Jurnalistlərin verdiyi məlumata görə, Kox, Jül Vernin "20.000 Leys su altı" romanındakı Nemo kapitanının pərəstişkarıdır. Sualtı evində o, kitabı öz yaxınlığında, yatağının yanındakı komodda saxlayıb. Rekord qıran mühəndis su altında yaşamanın mümkün olduğunu sübut etməyə çalışıb.Səidə

Diqqət Çəkənlər

Maltanın prezidenti Roma Papasına "Tecar" adlı terapevtik cihaz hədiyyə edib

Türkiyə Prezidenti Ərdoğan 29 yüksək vəzifəli məmuru vəzifədən azad edib

Türkiyənin Milli müdafiə naziri Hikmət Mirzəyevi qəbul edib

Seçilən
1
3
ulusum.az

3Mənbələr