İsrail HƏMAS ilə Əsir Mübadiləsi Müqaviləsi çərçivəsində 200 fələstinlini azad edib.
Turkustan.az xəbər verir ki, İsrail Həbsxana İdarəsi bu gün Qəzza zolağından azad edilən 4 israilli qadın hərbi məhbusun müqabilində 120-si İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş 200 fələstinli məhbusun sərbəst buraxıldığını açıqlayıb.
İsrail ordusu radiosunun məlumatına görə, fələstinli əsirlərdən 114-ü işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində, 16-sı isə Qəzza zolağında azad edilib. İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş 70 məhbus razılaşma çərçivəsində Misirə keçib.
İsrail ordusu tərəfindən Qəzzada 4 israilli məhbusun sərbəst buraxılması və sağlamlıqlarının yoxlanılmasından sonra Fələstinli məhbuslar Beynəlxalq Qızıl Xaç Təşkilatına məxsus konvoylarla İsrail həbsxanalarından çıxarılıb.
Aytən Yaşar/ Turkustan.az