Meksika ilə sərhədə minlərlə hərbçi və zirehli texnika göndərə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post“ Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
“Vaşinqton rəsmiləri ABŞ-Meksika sərhədinə minlərlə əlavə hərbçi, o cümlədən 20 tonluq “Stryker” döyüş maşınları ilə təchiz edilmiş piyadalar göndərməyə hazırlaşır”, - məlumatda deyilir.
Nəşrin məlumatına görə, Meksika ilə sərhədə ABŞ ordusunun 82-ci hava-desant diviziyasının şəxsi heyəti də daxil olmaqla ümumilikdə 10 minə qədər hərbçi göndəriləcək.