Bakı. Trend:
Avropa İttifaqının (Aİ) Hərbi Komitəsinin rəhbəri, generalRobert Briger, Danimarkanın muxtar ərazisi olan QrenlandiyadaAvropa qoşunlarının yerləşdirilməsinin tərəfdarı olduğunubildirib.
Trend-inməlumatına görə, general bu fikirləri “Welt am Sonntag” qəzetinəmüsahibəsində ifadə edib. O, Qrenlandiyanın güclü geosiyasiəhəmiyyətə malik olduğunu, zəngin xammal ehtiyatlarına sahibolduğunu və mühüm beynəlxalq ticarət nəqliyyat marşrutlarının buərazidən keçdiyini vurğulayıb.
Briger, eyni zamanda, iqlim dəyişikliyi nəticəsində buzlarınəriməsi ilə əlaqədar Rusiya və Çinlə olan gərginliklərin artacağınadiqqət çəkib. O, Qrenlandiyanın strateji əhəmiyyətinin daha daartdığını qeyd edib və regionda sabitliyin təmin edilməsi üçünAvropa qoşunlarının orada yerləşməsinin vacibliyini bildirib.
General Briger, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald TrampınQrenlandiya ilə bağlı açıqlamalarına da münasibət bildirib vəTrampın BMT üzvü olan bir ölkənin prezidenti olduğunu nəzərəalaraq, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmətləyanaşacağını bildirib.