Almaniyanın 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.
"Football-plus az" xəbər verir ki, Mahir Emrelinin klubu “Nürnberq” bu gün “Şalke-04”ün qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, 25 xalı olan “Nürnberq” 12-ci, 24 xala malik “Şalke 04” isə 13-cü yerdədi.
Qeyd edək ki, Emreli ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci sarısı olub. Cəzalı duruma düşən 27 yaşlı futbolçu “Şalke-04” ilə oyunu buraxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta