AZ

Bu məşhur Yevlaxa gəlmədi, II Liqaya getdi, ilk oyunda qol vurdu

Belçika millisinin, “Roma” və “İnter”in sabiq ulduzunun işsiz günləri başa çatıb.

Raja Naynqqolan vətənində “Lokeren Temze” ilə anlaşıb və artıq debüt oyununda qol vurub.

Mayda 37 yaşı tamam olacaq yarımmüdafiəçinin müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

2017-ci ildə “Roma”nın heyətində “Qarabağ”la görüş üçün Bakıya səfər edən təcrübəli futbolçu bir neçə ay əvvəl Azərbaycan mətbuatının gündəmində idi.

Raja menecerlər vasitəsi ilə I Liqa təmsilçisi “Karvan”a təklif olunmuşdu ki, tərəflər arasında müzakirələr müəyyən vaxt aparmışdı. Lakin ortaq razılıq əldə olunmadığından, Naynqqolanın Yevlaxa gəlişi baş tutmamışdı.

Nainqqolan İtaliyada “İnter”, “Kalyari”, “Pyaçentsa”, “Roma”, SPAL, Belçikada isə “Antverpen”in formasını geyib.

Karyerası əsasən İtaliyailə bağlı olan yarımmüdafiəçinin sonuncu iş yeri İndoneziyada "Bhayanqkara" olub.

Bu kollektivi ötən yay tərk edən belçikalı yarımmüdafiəçi vətəni və İtaliyada ölkə çempionluğu sevinci yaşayıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
4
50
sportinfo.az

10Mənbələr