1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"COP-BAKU" layihəsində bu dəfə Qarabağ Universitetində "yaşıl enerji" xəritəsi çərçivəsində təşkil olunan təhsil sistemindən bəhs olunub.
Bildirilib ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində tələbələrin yeni biliklər əldə etməsi üçün burada elmi-texniki baza yaradılıb.
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev qeyd edib ki, hazırda bu fakültədə tələbələr beş ixtisas üzrə təhsil alırlar:
"Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alan tələbələr gələcəkdə bölgənin energetika sisteminin qurulmasında və idarə edilməsində, o cümlədən "yaşıl enerji" resurslarının təşkilində, istifadəsində mühüm rol oynayacaqlar. Biz bölgədəki energetika sistemini quran şirkətlərlə əlaqələr yaradırıq və tələbələrimizin həmin şirkətlərə ekskursiyalarını təşkil edəcəyik".
H.Mirzəyev əlavə edib ki, universitetdə mühəndislik ixtisasının tədrisinin müasir standartlara uyğun olaraq qurulmasını təmin etməyə çalışırlar: "Tədris proqramımızın strukturunu dünyanın aparıcı universitetlərindəki mütəxəssislərlə paylaşaraq onların da rəylərini almaq fikrimiz var".
Ətraflı Baku TV-nin videomaterialında: