“Azərbaycan Beynəlxalq Bank” (ABB) SMS əlumatlandırma xidmətində tarif dəyişikliyi tətbiq edib.
Valyuta.az xəbər verir ki, fevralın 17-dən etibarən SMS xəbərdarlıq tarifinin ödənişli olduğu kartlar üzrə xidmət haqqının 3 AZN olacağı bildirilib.
Məlumat üçün bildirək ki, bundan əvvəl bu kartlar üzrə SMS məlumatlandırma xidmətinin tarif haqqı 1 AZN idi.