AZ

"Bəzən futbolçu məşqçinin oyun tərzinə uyğun gəlmir"

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Sumqayıt"la 0:0 hesabı ilə bərabərə qaldığı oyunu şərh edib. 

Demokrat.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- Danışmaq bizim üçün çətindir. Bu gün həqiqətən də yaxşı oynadıq, topa nəzarət edən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik. Çalışmağa davam edəcəyik.

- Hücumçuların son oyunlarda məhsuldarlığının aşağı olmasının səbəbi nədir?

- Eniş o zaman deyə bilərik ki, yetərincə qol fürsətləri yaratmırsan. Bəzən buna psixologiya ilə kömək edirlər. Bu gün çoxlu qol epizodları yaratdıq. Bəzən daha keyfiyyətli çıxış edə bilərdik.

- Qol vurmaq üçün başqa nə çatmadı?

- Təkrar edirəm, bu gün üstünlük, oyuna nəzarət bizdə idi. Rəqibin cərimə meydançasında 5-6 qol fürsətimiz oldu. Futbolda belə hallar olur. Bunun üzərində çalışmalıyıq.

- Yeni qapıçı Stas Pokatilovun bu gün heyətdə yer almamasının səbəbi nədir?

- O, hələ hazır deyil. 4-5 gündür məşq edir. Formasını yığdıqdan sonra onu qapıda görəcəyik. Onu da qeyd edim ki, Yusif İmanovun son oyunlardakı göstəricilərindən razıyam.

- Elvin Camalovun komandadan ayrılmasının səbəbi nədir?

Seçilən
5
1
demokrat.az

2Mənbələr