AZ

Xalq artistində xərçəng aşkarlandı

Rusiyanın Xalq artisti, aktrisa Qalina Polskixə xərçəng diaqnozu qoyulub. 

Söz.az "SHOT"-a istinadən xəbər verir ki, müayinə zamanı onun böyrəyində bədxassəli şiş aşkarlanıb.

Aktrisa hazırda evdədir və hələ də xəstəxanaya yerləşdirilməyib.

Qeyd edək ki, aktris daha əvvəl ağciyər problemlərinə görə xəstəxanaya müraciət edib. Ona pnevmoniya səbəbiylə inkişaf edə biləcək pnevmofibroz diaqnozu qoyulub.

Qalina Polskix "Vəhşi İt Dinqo" filmində debüt edib. Ümumilikdə, aktrisanın 170-dən çox rolu var. O həmçinin "Mən Moskvada gəzirəm" və "Günorta kölgələr yox olur" filmlərində rol alıb. 


Seçilən
3
13
news24.az

10Mənbələr