1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münhen şəhərində keçirilən "H&N Kuboku"nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.
İdmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.
Turnirə yanvarın 26-da yekun vurulacaq.