ABŞ, dəstəyin dayandırılması barədə məlumatlara baxmayaraq, Ukraynaya hərbi yardımı dayandırmayıb.
“Far.Az” “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, bu fikri Ukrayna lideri Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib.
“Bilirəm ki, bütün dünyada ABŞ hökuməti tərəfindən dəstəklənən çoxlu sayda qurumlar var. Mən yalnız Ukraynanın ala bilməyəcəyi şeylər barədə danışa bilərəm <…> Mən hərbi yardıma fokuslanmışam. O, dayandırılmayıb”, – Zelenski söyləyib.
Yanvarın 25-nə keçən gecə “Politico” qəzeti xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini 90 gün müddətinə dərhal dayandırmaq barədə sərəncam verib. Daha sonra “Reuters” məlumat vermişdi ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələri dayandırıb.