AZ

Salyanda yük maşınında partlayış və yanğın: YARALILAR VAR -FOTO

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.

 

“Report” xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

 

İlkin məlumata görə,TIR-da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb.

 

Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun 2009-cu il təvəllüdlü oğlu Əlizadə Qismət müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 **

FHN-dən bildirilib ki, hadisə nəticəsində “Mersedes” markalı yük avtomobilinin kabinəsi, 3 ədəd ön təkəri və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub və alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.



Seçilən
37
23
senzor.az

10Mənbələr