AZ

Muslera “Qalatasaray” tarixinə düşüb

Türkiyə Super Liqası komandalarından “Qalatasaray”ın üzvü Fernando Muslera klubun tarixinə adını yazdırıb.

Apasport.az xəbər verir ki, qolkiper bu gün Super Liqanın XXI turu çərçivəsində “Konyaspor”la oynanılan matçda (1:0) iştirak eməklə klubun liqada ən çox forma geyinən futbolçusu olub.

Uruqvaylı oyunçu bu rekorda 429 görüşdə nail olub. O, bu nailiyyətlə “Qalatasaray” formasıyla 428 oyuna çıxan Bülent Korkmazı geridə qoyub.

Qeyd edək ki, Muslera “Cimbom”a 2011-ci ildə “Latsio”dan 6,75 milyon avro qarşılığında transfer olunmuşdu.

Okan Burukdan Mikautadze açıqlaması

Premyer Liqa: “Mançester Siti” əsəbini "Çelsi"dən çıxdı

La Liqa: “Atletiko” və “Sevilya” xal itirib

Antoni İspaniya klubunda - rəsmi

A Seriyası: “Yuventus”dan ilk məğlubiyyət

Seçilən
11
apasport.az

1Mənbələr