AZ

Ötən il spirtli içkilərdən 64 nəfər zəhərlənib - Zəhərlənmə halları nə ilə bağlıdır?

Bakı. Trend:

Müvafiq qurumlar tərəfindən mütəmadi olaraq restoranlarda istərqida vasitələrinə, istərsə də alkoqollu və alkoqolsuz içkilərənəzarət edilir, yoxlamalar aparılır. Belə yoxlamalardan biri də ikigün öncə paytaxtda yerləşən restoranlardan birində aparılıb vəsaxta alkoqollu içkilər aşkarlanıb. Bu içkilər insan sağlamlığıüçün hansı təhlükələri yaradır?

Öyrənmədən əvvəl ötən il məhz spirtli içkilərdənzəhərlənənlərin statistikasına nəzər salaq:

Trend-insorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibiRuzbeh Məmməd bildirib ki, 2024-cü il ərzindəKliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə alkoqoldan zəhərlənməsəbəbi ilə 64 nəfər qəbul edilib.

“Zəhərlənən şəxslərin hər birinə zəruri tibbi xidmətlərgöstərilib. Stasionar müalicələrdən sonra evə buraxılıblar”,- deyəo əlavə edib.

Bəs spirtli içkilər nə vaxt zəhərlənməyaradır?

Mövzu ilə bağlı Trend-ə danışan toksikoloq AynurMəmmədova bildirib ki, spritli içkilər əsasən miqdarındançox qəbul edildikdə zəhərlənmə verir.

“İnsanlar, daha çox kişilər, bunu nəzarətsiz qəbul edəndəəvvəlcə sərxoşluq, daha sonra zəhərlənmə halları baş verir. Spirtliiçkidən zəhərlənmə zamanı insanlarda ürəkbulanma, qusma, huşunitməsi, qıcolma, təzyiqin qalxması kimi hallar olur. Hətta kəskinürək-damar və tənəffüs çatışmazlığına kimi gətirib çıxara bilir.Əgər alkoqollu içki qəbul edən adamda qusma, kəskin baş ağrısı,ürək ətrafında ağrılar varsa, dərhal təcili yardıma müraciət edibonu xəstəxanaya çatdırmaq lazımdır. Spirtli içkidən zəhərlənənşəxslərə özbaşına yardım etmək olmaz. Çünki xəstələr huşsuzvəziyyətdə olanda süni qusma refleksini yaradanda onlardaaspirasiya olunur. Aspirasiya odur ki, xəstə huşu özündən olmadığıüçün qusma zamanı idarə etməsi olmur və qusuntu kütləsi tənəffüsyollarına keçir. Bu zaman da tənəffüs çatışmazlığı yaranır. Həttabu xəstənin ölümünə qədər gətirib çıxara bilir. Təəssüf ki, bizxəstəxanada belə hallara daha çox rast gəlirik. Evdə süni olaraqqusmanı yaratmaq istəyəndə və yaxud da xəstə huşsuz vəziyyətdəolanda, xəstədə qusma refleksi olanda çalışmaq lazımdır ki,xəstənin başını yan tərəfə çevirək. Başı arxaya tərəf qoymaq olmaz.Onda qusuntu kütləsi ağıza gəlir və tənəffüs yoluna düşür. Bu daağır fəsadlar törədir və ölümə gətirib çıxara bilir”, - o qeydedib.

Həkim saxta alkoqollu içkilərdən istifadə zamanı yarananfəsadlardan və onlardan qorunma yollarından da söz açıb:

“Bir ara bəzi xəstələrimiz olub ki, deyir içkinin ağzını açandaasan açıldı, əvvəlkindən fərqlidir, saxta olduğunu düşündüm. Beləolan hallarda fikir vermirlər, diqqətli olmurlar. Restoranlarda,yol qırağında olan kafelərdə buna daha çox rast gəlinir. Ona görəməsləhətdir ki, şübhəli olan yerlərdə oturduqda yaxşı olar ki,spirtli içkilərdən istifadə etməsinlər. Restoranlarda alkoqolluiçkilərdən istifadə zamanı da tələb etməlidirlər ki, içki onlarıngözləri qabağında açılsın. Eyni zamanda diqqət etməlidirlər ki,içki şüşələrinin üzərində aksiz markaları olsun, ağzı kustarüsullarla bağlanmış olmasın. Eyni zamanda içkinin şəffaflığına dadiqqət edilməlidir ki, çöküntüsü olmasın. Saxta spirtli içkilərmütləq ki, seçilir. Bahalı içkilərin ucuz qiymətə təklif edilməsidə onun saxta olduğuna işarədir”.

O əlavə edib ki, indi zəhərlənmə halları daha da artıb.

“Xüsusilə gənclər nəzarətsiz qalır, hansısa yığıncaqlardaalkoqollu içkidən istifadə edirlər. Buna görə də ehtiyyatlı olmaqlazımdır. Əlavə olaraq müxtəlif spirtli içkiləri qarışdıraraq içməkolmaz. Çox yaxşı olar ki, insanlar sağlam həyat tərzi sürmək üçünheç vaxt alkoqollu içkilərdən istifadə etməsinlər”,- deyətoksikoloq vurğulayıb.

Seçilən
3
33
az.trend.az

10Mənbələr