AZ

Bank kartlarından pulların oğurlanmasınaREAKSİYA

"Bank kartlarından pulların oğurlanması son dövrlərdə elə bir hala gəlib çatıb ki, bu, artıq yalnız insanların problemi deyil, həm də bank sektorunun ciddi məsələsinə çevrilib. Bank sektorunun qarşılaşdığı bu problem isə birbaşa Mərkəzi Banka və iqtisadiyyatı şəffaflaşdırmağa çalışan qurumlara təsir göstərir. Eyni zamanda, ölkədə nağdsız ödənişləri təşviq edən böyük layihələrin həyata keçirilməsinə də maneə ola bilər".

“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun fikrincə, insanların banka və bank kartlarına olan inamı gündən-günə azalma təhlükəsilə qarşı-qarşıyadır: "Bu, çox ciddi bir məsələdir, çünki ölkədə 20 milyona yaxın bank kartı mövcuddur. Buna görə də, məsələnin kökünü müəyyən etmək və aradan qaldırılması üçün kompleks tədbirlər görmək üçün təcili tədbirlər tələb olunur. Bu problem yalnız hüquq-mühafizə orqanlarının yox, həm də iqtisadiyyatın inkişafına maraqlı olan hər kəsin diqqət yetirməli olduğu bir məsələyə çevrilib".

Seçilən
5
3
ikisahil.az

10Mənbələr