AZ

Qvardiola Xusanovun debütü haqda: "Görünür, özbəkcə öyrənməli olacam"

style='margin-bottom:10px;'>

Özbəkistanlı futbolçu Abdukodir Xusanov "Mançester Siti"də debüt edib.

QOL.az xəbər verir ki, 20 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının 23-cü turunda ötən gecə "Çelsi" ilə keçirilən görüşdə "şəhərlilər"in heyətində ilk oyununa çıxıb.

Start heyətdə meydana daxil olan futbolçunun debütü uğurlu alınmayıb. O, matçın 3-cü dəqiqəsində topu başla öz qapıçısına göndərərkən səhvə yol verib və nəticədə qonaqlar hesabı açıb. Bundan cəmi 1 dəqiqə sonra isə Xusanov kobud oyuna görə sarı vərəqə alıb. Xusanov "Mançester Siti"nin 3:1 hesabı ilə qalib gəldiyi matçın 54-cü dəqiqəsində Con Stounsla əvəzlənib.

Oyundan sonra "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Xusanovun debütü və səhvi haqda danışıb: “Öyrənəcək, cavandır. Bundan dərs çıxaracaq. Səhv etdiyini bilir, belə vəziyyətdə nə deyə bilərəm? Səhvlərə yol vermək istəmir, biz də bunu bilirik. İngilis dilində danışmır. Görünür, onunla ünsiyyət qurmaq üçün rusca və ya özbəkcə öyrənməli olacağam”.

O həmçinin Xusanovun ikinci hissənin əvvəlində əvəzlənməsinə də aydınlıq gətirib: “Sarı karta görə əvəzlədim, səhvə görə yox”.

Xatırkadaq ki, Abdukodir Xusanov “Mançester Siti”yə bir neçə gün əvvəl Fransanın “Lans" klubundan transfer olunub. "Şəhərlilər"in futbolçu üçün təxminən 40 milyon avro təzminat ödədiyi iddia olunur.

Seçilən
21
5
teleqraf.com

6Mənbələr