Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin rəhbəri Donald Trampın Rusiyaya qarşı sərt siqnallardan ibarət strategiyasını bəyəndiyini bildirib.
Publika.az xəbər verir ki, onun sözlərindən "Kanal 24" sitat gətirib.
“Tramp bütün bu çağırışları başa düşür və deyir ki, biz münaqişəyə son qoymalıyıq, çünki daha da pisləşəcək. O, Rusiyaya qarşı mümkün olan ən pis msajı verir.. Mənə elə gəlir ki, bu, bu gün mənim bəyəndiyim taktikadır”, - Ukrayna lideri deyib.
Zelenski qeyd edib ki, Tramp hələ Ukraynadakı münaqişənin necə bitməli olduğunu başa düşmür, ona görə də Kiyevdə hələlik detallar yoxdur.
Ukrayna lideri danışıqlar masasında kimləri görmək istədiyindən danışaraq, Ukrayna, ABŞ, Avropa ölkələri və Rusiyanın adını çəkib.