AZ

Boluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxıldı

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, yanvarın 21-də baş verən yanğın zamanı müəssisədə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə birgünlük matəm elan edilib. Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil olmaqla onlardan 9 nəfəri həbs edilib.

Seçilən
2
11
sia.az

10Mənbələr