AZ

Milli valyuta devalivasiyaya doğru gedir


"Gürcüstanın Milli Bankı növbəti 2-4 ay ərzində valyuta məzənnəsini sabit saxlamaq üçün nə qədər çox səy göstərərsə və müdaxilə edərsə, devalvasiya bir o qədər ağrılı və genişmiqyaslı olacaq“.

Aktual.ge xəbər verir ki, bu barədə ISET Tədqiqat İnstitutunun aparıcı iqtisadçısı Giorgi Papava "PalitraNews“un efirində Gürcüstan milli valyutasının beynəlxalq valyuta qarşısında dəyər itirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, 2025-ci il ərzində dolların məzənnəsi 3 lari həddini keçəcək, lakin il ərzində ehtimal ki, 3 lari həddinin bir qədər aşağısında qalacaq.

"Qısa müddətli çətinliklərdən danışarkən, ilk əlamətlər artıq görünür və böyük ehtimalla bu davam edəcək. Xüsusilə, larinin məzənnəsi müəyyən templə zəifləməyə davam edəcək. Məncə, [Milli Bank] valyuta məzənnəsini növbəti 2-4 ay ərzində sabit saxlamaq üçün nə qədər çox səy göstərərsə, bu, makroiqtisadi sabitliyə risklər yarada biləcək daha ağrılı və genişmiqyaslı devalvasiya ilə nəticələnəcək. Ona görə də, seçkilərə bir ay qalmış görülən işlər kimi, eyni səylə məzənnəni saxlamağa çalışmayacaq. Çünki bu məqsəd üçün istifadə edilən alətlər və ehtiyatlar əhəmiyyətli dərəcədə azalır və tənqidi həddə yaxınlaşır. Bu kontekstdə ölkəmizin makroiqtisadi sabitliyi nisbətən daha aşağıdır.

Proqnoz göstəricilərinə gəldikdə isə, müəyyən bir dövrdə dolların məzənnəsi 3 larini keçəcək, lakin 2025-ci il ərzində ehtimal ki, 3 larinin bir qədər aşağısında sabit qalacaq. Qısa müddət üçün həddi keçməsi gözlənilir, lakin ümid edirik ki, bu, əhəmiyyətli dərəcədə olmayacaq.

Növbəti faktor kimi məzənnə bizim üçün inflyasiyanın əsas amillərindən biri kimi mühüm rol oynayır. Çünki bilirsiniz ki, ölkə idxaldan əhəmiyyətli dərəcədə asılıdır və məhz bu kanalla – zəifləmiş məzənnə, bahalaşmış idxal məhsulları vasitəsilə – inflyasiyaya təsir edəcək" , - deyə iqtisadçı ekspert Giorgi Papava qeyd edib.

Xatırladaq ki, artıq iki aydır Gürcüstanda etiraz aksiyaları keçirilir. Buna səbəb Baş nazir İrakli Kobaxidzenin bəyanatı olub. O, hökumətin Avropa İttifaqından büdcə qrantlarını 2028-ci ilin sonuna qədər qəbul etməyəcəyini bildirib. Eləcə də Kobaxidzenin 28 noyabrda verdiyi bəyanata görə, "Gürcü Arzusu“ komandası Avropa İttifaqına inteqrasiya üçün danışıqlar prosesinə 2028-ci ilin sonuna qədər başlamayacaq.

Eyni zamanda, son bir həftə ərzində lari dollar qarşısında təxminən 4 tetri dəyər itirib. Gürcüstan Milli Bankının yanvarın 16-na təyin etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2.8446 lari olub. 24 yanvar təyin edilmiş rəsmi məzənnəyə görə isə, 1 dollar 2,8834 lari təşkil edir.


Seçilən
25
news24.az

1Mənbələr