İspaniya La Liqasının 21-ci turunda “Real Madrid” “Valyadolid”in qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, Madrid klubu 3:0 hesablı qələbə qazanıb.
“Real”ın hər 3 qolunu Kilian Mbappe vurub. Bu, fransalı hücumçunun İspaniya klubunda ilk het-trikidir.
Ötən ilin yayında PSJ-dən Madrid klubuna keçən Mbappe ümumilikdə 30 oyuna 18 qol vurub, 4 qol ötürməsi edib.
Qeyd edək ki, “Real Madrid” hazırda 49 xalla turnir cədvəlinə başçılıq edir.