AZ

Trampdan sensasion açıqlama: “Yaxın gələcəkdə ərazimiz genişlənəcək”

ABŞ prezidenti Donald Tramp ölkəsinin yaxın gələcəkdə əhəmiyyətli dərəcədə genişlənə biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu bəyanatla Las-Veqasda çıxışı zamanı Tramp çıxış edib.

"Biz tezliklə bir ölkə olaraq böyüyə bilərik," - deyə o vurğulayıb.

Lakin Tramp bu genişlənmənin hansı yolla həyata keçiriləcəyi barədə əlavə məlumat verməyib.
O, daha əvvəl Kanadanın ABŞ-a qoşulması ideyasını dəstəkləyərək, bu birliyin hərbi və digər üstünlüklər gətirəcəyini bildirmişdi.

Kanada rəsmiləri isə bu təklifin mümkün olmadığını dəfələrlə vurğulayıblar.

Prezident həmçinin Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması fikrini yenidən gündəmə gətirib. Tramp Danimarkanın Qrenlandiyadan imtina etməyəcəyi təqdirdə, yüksək ticarət rüsumları tətbiq edəcəyini bəyan edib.

Xatırladaq ki, Tramp prezidentliyinin ilk dövründə də Qrenlandiyanı almaq təklifi irəli sürmüşdü, lakin həmin vaxt da həm Danimarka, həm də Qrenlandiya bu ideyanı rədd etmişdi.

Bizim.Media

Seçilən
7
3
bizim.media

10Mənbələr