Bakı. Trend:
Hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrindəyalnız elektron reseptlər təyin edilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindənbildirilib.
Qeyd edilib ki, digər səhiyyə qurumları və tibb müəssisələrinədə “Elektron Resept Sistemi”ndən istifadəyə dair tövsiyələrgöndərilib və müvafiq sirkulyar məktublar təqdim olunub.
“Tibb işçiləri, aptek təşkilatları və vətəndaşlarınməlumatlandırılması üçün kütləvi informasiya vasitələri, sosialşəbəkələr üzərindən maarifləndirmə işləri davam etdirilir.
Bundan əlavə, “Rəqəmsal Səhiyyə Mərkəzi”nin mütəxəssisləri tibbişçiləri və aptek nümayəndələri üçün xüsusi vebinarlar və təlimlərtəşkil edirlər.
Sistemin daha əlçatan olması məqsədilə Səhiyyə Nazirliyininrəsmi veb-saytlarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” sistemi üçünxüsusi keçidlər yerləşdirilib. Eyni zamanda, vətəndaşlar üçünhazırlanmış “Reseptim” mobil tətbiqinə (App Store: https://bit.ly/reseptim, Google Play: https://bit.ly/ereseptim) mobil cihazlardan rahatlıqladaxil olmaq mümkündür.
Azərbaycan hökuməti sosial-iqtisadi sahələrdə rəqəmsallaşmanıprioritet strateji istiqamət olaraq qəbul edir. Bu səbəbdən, tibbmüəssisələri və onların rəhbərləri “Elektron Resept Sistemi”nin tamtətbiqinə xüsusi diqqət yetirməlidir”,- deyə bildirilib.
Həmçinin əlavə edilib ki, hər bir vətəndaş müalicəni təyin edənhəkimdən elektron resept yazılmasını tələb etmək hüququnamalikdir.
"Həkimlər isə bu sistemi tətbiq edərək resepti pasiyentəelektron formada təqdim etməlidir. Əgər hər hansı həkim “ElektronResept” yazmaqdan imtina edərsə və ya apteklər bu sistem əsasındadərman vasitələrini təmin etməzsə, vətəndaşlar “Rəqəmsal SəhiyyəMərkəzi”nin qaynar xəttinə (Telefon: +994 12 431 38 28, WhatsApp:+994 55 531 38 28) müraciət edə bilərlər”,- deyə vurğulanıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli,318-s saylı Sərəncamına əsasən, “Elektron Resept Sistemi” 2024-cüilin yanvar ayından etibarən ölkə üzrə bütün tibb müəssisələrindəmərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Bu sistem, ölkəninrəqəmsallaşma strategiyasının vacib bir elementi olaraq, tibbiməlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmətedir.
Ənənəvi kağız blanklarda yazılan reseptlərdən fərqli olaraq,“Elektron Resept Sistemi” ilə yazılan reseptlərin itirilməsi və yazədələnməsi mümkün deyil. Sistemdə pasiyentlər üçün yazılanreseptlər təhlükəsiz şəkildə saxlanılır, həkimlərin növbətimüayinələrdə müalicəni daha dəqiq və etibarlı təyin etməsinə imkanyaradır.
Elektron reseptlər vasitəsilə yalnız Dövlət Qeydiyyatındankeçən, qiymətlərin yuxarı həddi Tarif Şurası tərəfindən təsdiqlənəndərman preparatlarının təyini və təminatı həyata keçirilir.“Elektron Resept Sistemi”ndə molekulyar tərkibə uyğunalternativlərin seçilməsi özəlliyi əsasında pasiyentə qiymətbaxımından ən uyğun dərman preparatları təqdim olunur. Bu yanaşmakeyfiyyətsiz, istifadə müddəti bitmiş dərman preparatlarınındövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək,vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir.