Rusiyanın Kazan və İjevsk beynəlxalq hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.
Məlumata görə, hər iki hava limanında səhər saatlarından etibarən sərnişin təyyarələrinin uçuşu və qəbulu dayandırılıb.