AZ

Tramp: Kanada tamamilə ABŞ-dan asılıdır...

Kanada tamamilə ABŞ-dan asılıdır və buna görə də suveren dövlət ola bilməz.

 

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat xidmətinin jurnalistləri ilə söhbətində deyib.

 

Onun sözlərinə görə, ABŞ hər il Kanadada 250 milyard dollar itirir.

 

"Mən bunu bir gündə dayandıra bilərdim və Kanada müstəqil ölkə kimi mövcud olmazdı", - Tramp vurğulayıb.

 

Trampın iddiasına görə, Kanada ABŞ-dan illər boyu öz xeyrinə istifadə edib. "Biz bunun baş verməsinə imkan verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də mövcud olmaz", - ABŞ Prezidenti əlavə edib.

 

Tramp əvvəllər də Kanadanın 51-ci ştat kimi ABŞ-a qoşulmasının lehinə çıxış edib, ona bu halda hərbi və digər üstünlüklər vəd edib. Lakin Kanada rəsmiləri, o cümlədən Baş nazir Castin Trüdo bunun heç vaxt baş verməyəcəyini bəyan ediblər.

Seçilən
3
50
senzor.az

10Mənbələr