AZ

Donuz böyrəyi köçürülən qadından ŞOK REKORD

Alabama sakini Toyana Luni donuz orqanı transplantasiyasından sonra ən uzun müddət yaşayan şəxsdir - 61 gün.

Ondan başqa dörd amerikalıya da  geni dəyişdirilmiş donuz orqanları köçürülüb - iki ürək və iki böyrək. Amma heç biri iki aydan çox sağ qalmayıb.

“Cebheinfo.az” xəbər verir ki, transplantasiyaya rəhbərlik edən NYU Langone Tibb Mərkəzindən doktor Robert Montqomeri Luninin böyrək funksiyasını “tamamilə normal” adlandırıb.

Həkimlər ümid edirlər ki, o, transplantasiyadan sonra sınaq üçün müvəqqəti yaşadığı Nyu Yorku tərk edib, təxminən bir ay sonra Alabama ştatının Gadsden şəhərindəki evinə gedə biləcək.

Alimlər transplantasiya üçün uyğun orqan çatışmazlığını aradan qaldırmaq  məqsədilə donuzları genetik olaraq dəyişdirərək orqanlarını insanlarınkinə daha çox bənzədirlər.

ABŞ-də 100000-dən çox insan transplantasiya siyahısındadır, onların əksəriyyətinin böyrək transplantasiyasına ehtiyacı var və minlərlə insan gözləyərkən ölür. Donuzlardan orqan transplantasiyası indiyə qədər "mərhəmətli istifadə" şərtləri altında həyata keçirilib. Bu təcrübəyə ABŞ-nin Qida və Dərman Administrasiyası yalnız xüsusi hallarda başqa variantları olmayan insanlar üçün icazə verir.

Seçilən
7
6
cebheinfo.az

2Mənbələr