AZ

Pakistan Ordusu ölkənin şimal-qərbində əməliyyat keçirdi...

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində keçirilən üç əməliyyatda azı 30 terrorçu məhv edilib.

 

Yerli KİV Pakistan ordusuna istinadən bildirir ki, Lakki Marvat ərazisində keçirilən əməliyyat zamanı 18 terrorçu öldürülüb, 6-sı yaralanıb. Karak rayonunda daha 8 terrorçu məhv edilib. Üçüncü toqquşma zamanı qrup liderləri də daxil olmaqla 4 terrorçu öldürülüb, daha ikisi isə yaralanıb.

 

Terrorçuların özək təşkilatlarına qarşı mübarizə çərçivəsində çoxlu silah və sursat anbarı aşkarlanıb.

 

Hərbçilər ərazinin təmizlənməsi əməliyyatını davam etdirirlər.

Seçilən
9
6
senzor.az

10Mənbələr