Müdafiə Nazirliyi 1.9 milyon manatlıq rabitə avadanlığı alacaq
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və "B2B GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanıb.
Demokrat.az bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Müqavilə Azərbaycan Ordusunun hərbi hissələri üçün rabitə vasitələrinin və əlaqədar avadanlıqların satın alınması ilə bağlıdır.