"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasında rekordu təkrarlayıb.
Demokratikmusavat.comxəbər verir ki, 31 yaşlı qolkiper buna "Çelsi"yə qalib gəldikləri XXIII turun matçında nail olub.
O, qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb. Ederson turnirdə çıxış etdiyi müddətdə Premyer Liqadakı assistlərinin sayını beşə yüksəldib.
Daha əvvəl "Tottenhem" və "Lids"in sabiq qapıçısı Pol Robinson da karyerası ərzində bu çempionatda beş məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Mançester Siti" "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.