Amerikalı milyarder İlon Mask, Almaniya hökumətinin ölkədə söz azadlığını boğduğunu düşünür.“Ulusum”.az xəbər verir ki, o, bu fikri sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının seçkiqabağı tədbirində iştirakçılara bildirib. Biznesmenin sözlərinə görə, ölkədə demokratiya prinsipləri pozulur."Hazırkı hökumət çox aqressiv şəkildə söz azadlığını boğur. Əgər söz azadlığını boğsanız, real demokratiya qurmaq çox çətin, hətta mümkünsüz olur, çünki söz azadlığı demokratiyanın əsaslarından biridir", – deyə Mask qeyd edib.Bundan əlavə, milyarder Almaniya hökumətinin siyasətçiləri tənqid etdikləri və sosial şəbəkələrdə paylaşımlar etdikləri üçün insanları həbs edə biləcəyini düşünür. Onun fikrincə, belə bir yanaşma totalitarizm adlandırıla bilər.Mask almanlara öz millətləri ilə qürur duymalarını və keçmişə görə günahkarlıq hissindən qurtulmalarını tövsiyə edib. O, həmçinin seçicilərə AfD-yə səs verməyi məsləhət görüb və ölkədəki növbəti erkən seçkilərin vacibliyini vurğulayıb.Səidə
Diqqət Çəkənlər
ABŞ-da kitabxanadan götürülmüş Ernest Heminqueyin əsəri 56 ildən sonra geri qaytarılıb
Xəzər dənizində zəlzələ olub
Florida sakininin heyvani məhsullarla bəslənməsi sağlamlıq problemlərinə yol açıb