Misli Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Sabah” – “Sumqayıt” (0:0) qarşılaşması qonaq komandanın futbolçusu Nadir Orucov üçün əlamətdar olub.


Rekord.az xəbər verir ki, “Sumqayıt” akademiyasının yetirməsi olan Orucov Premyer Liqada debüt oyununa çıxıb. 


Qeyd edək ki, Nadir bu uğura 18 yaş 21 günlüyündə nail olub.