Alman mühəndis Rudiger Kox Panama sahillərində 120 gün xüsusi kapsulda yaşayaraq (xüsusi sualtı sığınacaq – red), ən uzun müddət su altında qalma rekorduna imza atıb.
NOCOMMENT.az xəbər verir ki, oxu.az bu barədə “France Presse” agentliyinə istinadən xəbər verib.
Belə ki, çarpayı, tualet və televizoru olan kapsul 11 metr dərinlikdə yerləşib.
Kapsulda elektrik enerjisi günəş panelləri vasitəsi ilə istehsal edilib, bundan başqa mühəndisin ehtiyat generatoru da olub.
R.Kox yalnız ərzaqla təmin edilib.
Məlumat üçün əlavə edək ki, əvvəlki rekord 100 gün su altında qalan amerikalı Cozef Dituriyə məxsus olub.