AZ

Şimali Koreya yeni raketin sınağını keçirdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 25-də sualtı bazalaşdırma və qurudakı hədəflərə zərbə endirmək üçün nəzərdə tutulmuş strateji qanadlı idarə olunan raketin uğurlu sınağını keçirib.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunur ki, orta uçuş sürəti 720 km/saat təşkil edən raketlər təxminən 7.5 min saniyə ərzində 1.5 min km məsafə qət edərək hədəfləri vurub.

Nəşrdə qeyd edilir ki, sınaq qonşu ölkələrin təhlükəsizliyinə təsir göstərməyib.

"Sınaqlar "regionda dəyişən təhlükəsizlik vəziyyətinə uyğun olaraq potensial düşmənlərin strateji çəkindirmə effektivliyinin artırılmasına yönəlmiş dövlət müdafiə qabiliyyətinin qurulması planı"nın bir hissəsi olub", - deyə məlumatda vurğulanıb.

Buraxılışı ölkə lideri Kim Çen In müşahidə edib. O, Pxenyanın müharibənin qarşısını alma vasitələrini təkmilləşdirməyə davam edəcəyini bildirib.

"Biz bundan sonra da gücləndirilmiş hərbi qüvvələr əsasında uzunmüddətli və daimi sülhün, sabitliyin qorunması üçün öz mühüm missiyalırımızı, vəzifələrimizi həmişə məsuliyyətlə yerinə yetirəcəyik", - deyə o bəyan edib.(oxu.az)

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
3
1
Demokratikmusavat.com

4Mənbələr