AZ

“Neftçi”nin indiki dərdi nədir? - “Bunu düzəltsək, problem olmayacaq”

“Neftçi” “Sabah”la qarşılaşmada istəyinə çata bilmədi.

Hər iki tərəf 3 xalı hədəf seçsə də, yekunda meydanı 1 xalla tərk etməli oldular.

“Ağ-qaralar”ın yarımmüdafiəçisi Filip Ozobiç Sportinfo.az-a verdiyi müsahibədə sualları cavablandırıb.

-1:1-dən sonra əhval-ruhiyyə necədir?

- “Sabah” yaxşı təşkilatlanmış komandadır. Buna baxmayaraq, meydana qalib gəlmək üçün çıxmışdıq. Bilirdik ki, hər iki tərəf üçün çətin olacaq. Qol vəziyyətlərimiz çox olsa da, yalnız 1 qol vura bildik. Əsas odur oyun planında irəliləyiş var. Növbəti matçda istəyimizə çatarıq.

- Oyunun məntiqi nəticəsi heç-heçə idi?

- Dediyim kimi, real qol fürsətləri bizdə nisbətən çox idi. Qələbə qazana bilərdik.

- Qış fasiləsinin komandaya nə kimi xeyri dəydi? Ümumi vəziyyət necədir?

- Əvvəlki dönəmlə müqayisədə indi fiziki hazırlıq baxımından daha hazırlıqlıyıq. Bunu bugünkü oyunda görmək mümkün idi. İnanıram ki, qarşıdakı həftələrdə bundan da yaxşı olacağıq.

- Bəs, çatışmayan nədir? “Neftçi”nin nəyə ehtiyacı var?

- Bitiricilik çatmır. Əsasən hücumları qolla tamamlamaq üzərində işləməliyik. Bunu yoluna qoysaq, problem olmayacaq.

- “Araz-Naxçıvan”la oyun tale yüklü hesab edilir. Qələbə qazansanız, avrokuboklara çempionat yolu ilə vəsiqə qazanmaq şansınız qalacaq. Əksi baş versə, ümid qalacaq ölkə kubokuna. Razısan?

- Bu barədə fikirləşsək, sonluq yaxşı olmaz. Hər qarşıdan gələn oyuna hazırlaşmalı və qələbəni hədəfləməliyik. Bəli, bu dəqiqə “Araz-Naxçıvan”la qarşılaşma çox önəmlidir. Meydana qələbə üçün çıxıb, istəyimizə çatmaq üçün mübarizə aparacağıq. Növbəti görüşlərdə də həmçinin.

HƏBİB

Seçilən
11
31
sportinfo.az

10Mənbələr