Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın oynadığı “Vaşaş” klubu Macarıstan liqasında inamlı çıxışını davam etdirir.
İdman.biz xəbər verir ki, ölkə çempionu növbəti oyunda "Uypeşt"ə üç setdə qalib gəlib - 3:0.
Ayşən qarşılaşma ərzində iki xal toplayıb.
Müntəzəm çempionatda liderliyini davam etdirən “Vaşaş” ən yaxın izləyicisi “Bekeşçaba”nı 7 xal qabaqlayır.
İdman.biz