Kamerun Prezidenti Pol Biya bu il oktyabrın 12-nə təyin edilmiş prezident seçkisində namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.
NOCOMMENT.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə “CameroonOnline” nəşri məlumat yayıb.
Biya səkkizinci dəfə bu vəzifəyə namizəd olacaq.
Qeyd edək ki, dövlət başçısının fevralın 13-də 92 yaşı tamam olur. Onun sələfi Amadu Ahidjo 1960-1982-ci illərdə ölkəyə rəhbərlik edib. Kamerun Konstitusiyası dövlət başçısının müddət sayını və ya yaşını məhdudlaşdırmır.
Qeyd edək ki, Biya planetin ən yaşlı dövlət başçısıdır. O, 41 ildən artıqdır ki, vəzifədədir.