Yanvarın 25-də Dubayda böyük PFL liqa turniri baş tutub.
Publika.az xəbər verir ki, şounun əsas hadisəsi yüngül çəkidə Bellator çempionu Osman Nurməhəmmədovun irlandiyalı Pol Hyuza qarşı döyüşü olub.
Döyüş dramatik üslubda beş raund davam edib. Hakimlərin qərarı ilə Osman qalib elan edilib – 47:47, 48:46 və 48:46.