“Qəbələ”nin sabiq futbolçusu İsnik Aliminin yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi karyerasını Çində davam etdirəcək.
Son olaraq Rumıniyada "Sepsi"də çıxış edən 30 yaşlı futbolçu “Dalian Yinqbo” klub ilə anlaşıb.
Alimi bu mövsüm "Sepsi"də 17 matçda 4 qol vurub, 2 qol ötürməsi edib.
Qeyd edək ki, 30 yaşlı futbolçu 2021-2023-cü illərdə “Qəbələ”nin formasını geyinib.