1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransızların 79 %-i Emmanuel Makronun respublika prezidenti vəzifəsindəki fəaliyyətini bəyənmir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu, "Le Journal du Dimanche" qəzetinin sifarişi ilə Fransa İctimai Rəy İnstitutu (IFOP) tərəfindən keçirilən sorğunun nəticələrindən məlum olub.
Qeyd edilir ki, dövlət başçısına dəstəyin azalması, xüsusilə, 2022-ci ildə prezident seçkilərində ona fəal şəkildə səs verən təqaüdçülər arasında müşahidə olunur.
IFOP-un rəhbəri Frederik Dabinin sözlərinə görə, son vaxtlar fransızların Makrona qarşı tənqidi bir qədər yumşalıb.
"Yeni il müraciətində parlamentin buraxılması ilə bağlı peşmanlıq tənqidin kəskinliyini azaldıb", - deyə o bildirib.
Fransa Baş naziri Fransua Bayruya gəlincə, onu respondentlərin 34%-i dəstəkləyir.
Qəzet hazırkı Nazirlər Kabinetinin rəhbərinin reytinqinin, baş nazir vəzifəsində işləməyə başladığı ilk gündən populyarlığının düşməsi ilə üzləşən sələfi Mişel Barnyedən daha sabit olduğunu qeyd edir.