Alexandro Qarnaço “Mançester Yunayted”i tərk edə bilər.
Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçuya “Çelsi” və “Napoli”nin iddialı olduğu bildirilir.
20 yaşlı hücumçu karyerasını İtaliyada keçirməkdənsə, London klubunda davam etdirməyə üstünlük verir. “Mançester Yunayted” də öz növbəsində, onunla bağlı təklifləri dinləməyə hazırdır.
Qarnaçonun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.