Moderator.az bildirir ki, redaksiyamıza yazılı müraciət edən vətəndaş Taleh Babayev bildirir ki, uzun müddət “Salyan Oil” şirkətində mühafizə xidmətində işləmiş və 23 avqust 2024-cü ildə əsassız olaraq işdən çıxarılmış və iki azyaşlı uşağı, ailəsi birlikdə çətin günlərini yaşayır. T.Babayev qanunsuz işdən çıxarılmasını ictimailəşdirməklə məsələnin ədalətli həll olunacağına ümid etdiyini bildirib. T.Babayevin şikayət məktubunu diqqətinizə çatdırırıq:
Mən, Salyan Rayonu, Kərimbəyli kənd sakini Taleh Rahil oğlu Babayev uzun müddət “Salyan Oil” şirkətinin mühafizə xidmətində çalışmışam. İşdə fərqləndiyimə görə, mühafizəçi vəzifəsindən növbə rəisi vəzifəsinə kimi yüksəlmişəm. Sonuncu vəzifəyə təyinatdan sonra da vəzifə borcumu layiqincə yerinə yetirmişəm və dəfələrlə pul və digər mükafatlarla təltif olunmuşam. Eyni zamanda təəssüflə bildiriəm ki, mən 23 avqust 2024-cü il tarixdə “Salyan Oil” şirkətində baş vermiş boru oğurluğunda şübhəli bilinərək, AR əmək məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad olunmuşam. Göründüyü kimi mənə qarşı əmək məcəlləsinin müvafiq maddəsi tətbiq edilməklə, peşəkar karyeram və 2 övlad atasının gələcək taleyi sual altına qoyulmuşdur.
Bildirirəm ki, 2024-cü ilin iyul ayında “Salyan Oil” əməliyyat şirkətinin Kürsəngi yatağnda yerləşən yardımçı “Qaraj” anbardan gecə növbəsində şirkətin təhlükəsizlik xidmətinin mühafizəçisi Kənan Quliyev cinayət əməli törədərək 175 ədəd 4 dərəcəli boru oğurladığı məlum olmuşdur (oğurluq faktı Salyan Rayon Şöbəsinin post-patrul xidmətinin əməkdaşlarının Salyan-Şirvan magistral yolunda həyata keçirdiyi tədbirlər nəticəsində müəyyən edilmiş və bundan sonra boru oğurluğu “Salyan Oil” şirkəti tərəfindən təsdiqlənmişdir). Oğurluq baş verən zaman mən Qarabağlı yatağndakı ərazidə iş başında olmuşam (şirkətin daimi istifadə etdiyi əraziyə 2 yataq daxildir. Kürsəngi və Qarabağlı. Bu yataqlar arasında məsafə 30 km-dir) və mühafizəçi Kənan Quliyevin əvvəlcədən planlaşdırdığı və həyata keçirdiyi cinayət əməlini vaxtında aşkarlaya bilməmişəm. Oğurluq faktından sonra “Salyan Oil” şirkəti tərəfindən “Qaraj” anbarında inspeksiya aparılmış və anbardan daha (175 borudan başqa) 197 ədəd 4-cü dərəcəli borunun yoxa çıxdığı aşkarlanmışdır. Anbardan naməlum şəraitdə yoxa çıxmış 197 ədəd borunun məsuliyyəti də mənim üzərimə qoyulmuşdur.
“Salyan Oil” şirkətinin baş menecerinin oğurluq faktı ilə bağlı imzaladığı əmrdə qeyd olunub ki, TX-nin məsul işçiləri, Təhlükəsizlik Xidmətinin növbə rəisi Babayev Taleh Rahil oğlu və mühafizəçi Nuruşov Taleh Vaqif oğlu bilavasitə bu əməlin törədilməsində iştirakda şübhəli şəxslər kimi nəzərdə tutlur və həmin şəxslər vəzifə öhdəliklərinin gobud surətdə pozmuş hesab edilirlər. Onlar nəinki Əmək məcəlləsinin adı çəkilən tələblərini pozması, həmçinin Salyan OİL ƏŞ- nin daxili nizam intizam təlimatı olan “İnsan Resursları üzrə Əsasnamə”-nin 7.9. (işçinin davranışı) c)f),h),i),k),s) bəndlərinin tələblərinə də əməl etməyərək, onunla bağlanmış əmək müqaviləsinin də şərtlərinə (işçi əmək müqaviləsində razılaşmış ki, bu İşçinin İnsan Resursları üzrə Əsasnaməsində əməl edəcəkdir və bu Əsasnamə bağlanılmış əmək müqaviləsinin tərkib hissəsidir) əməl etməyərək ciddi pozuntulara yol vermişdir.
Bildirirəm ki, şirkətin mühafizə xidmətində 4 növbə var və qrafikə uyğun olaraq mən ayda 15 gün işdə və 15 gün evdə olurdum. Həmçinin, bu 15 günün 7 gününü gecə və 7 gününü isə gündüz növbəsinə çıxırdım. Bu vəziyyətdə mənim hansı iş günümdə və növbəmdə oğurluq edilməsi sübuta yetirilmədiyi və təkcə 1 hadisənin aşkar edilməsi və bunun da mənim növbəmlə üst-üstə düşməsi heç də o demək deyildir ki, oğurluq hadisələrinin hamısı mənim növbəmdə olmuşdur. Olsa da belə, mühafizəçinin cinayət törətməsinə görə, mənim heç bir yerdə məsuliyyətim yoxdur. Bu hallar nəzərə alınmadan şirkət rəhbərliyi mənim barəmdə əsassız əmrlər qəbul etmişdir. Təəcüblü hal isə, müxtəlif vaxtlarda köməkçi “Qaraj”anbarından ümumilikdə 402 (175+197) ədəd borunun yoxa çıxması faktına görə anbara maddi məsul şəxslər diqqətdən kənarda qalmışlar.
AR-in aidiyyəti qrumlarını KAYMAN ADALARININ "SALYAN OYL LİMİTED" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALININ mənə qarşı qeyri-obyektiv və qərəzli mövqe tutduğunu əks etdirən aşağıdakı faktlara diqqət çəkməsini xahiş edirəm:
1.Oğurluq faktı ilə bağlı şirkət daxili təhqiqat komissiyyasının işi və Həmkərlar İttifaqı Komitəsinin (HİK) iclası qeyri-obyektiv və qərəzli aparılıb, orada səsləndirlən dəlillər formal mülahizələrdən ibarət olub. Belə ki, oğurluqda mənim iştirakımı və ya vəzifə səlahiyyətlərimə səhlənkarcasına yanaşdığımı sübut edə biləcək heç bir fakt təqdim olunmayıb.
2.Şirkətin baş meneceri R.Əsgərovun imzaladığı qərardan göründüyü kimi oğurluqda əli olan mühafizəçi K.Quliyevi insidentin tək iştirakçısı kimi göstərilir. Əslində sözügedən qərarda K.Quliyevin “oğurladığı boruları kimlərəsə satmış sözləri yox”, bir qrup yerli sakinlərlə mütəşəkkil şəkildə cinayət əməlinə girərək qabaqcadan hazırlanmış plana uyğun şəkildə oğurluq etdikləri göstərilməli idi!!! Eyni zamanda hüquq mühafizə orqanları tərəfindən sözügedən mütəşəkkil cinayətkar qrupla bağlı apardığı ən azı ibtidai istintaqın nəticəsindən və ya hüquqi qiymət verildikdən sonra şirkətin HİK-nin büro üzvləri və araşdırma komissiyasının üzvləri rəsmi sənədə əsaslanıb mənim barəmdə son qərarlarını bildirməli idilər. Belə ki, külü miqdarda baş vermiş oğurluq faktına görə şirkətin daxili araşdırması yetərli hesab edilə bilməz. Digər tərəfdən cinayətin baş verməsinə bir başa təsir etmiş amilər və onun iştirakçılarının günahı subuta yetirilmədiyi halda mənim işdən kənarlaşdırılmağım da mənə qarşı ədalətsiz qərar verildiyini iddia etməyə əsas verir. Göründüyü kimi burada şirkət daxili prosedur qaydaların kobud şəkildə pozulduğu və işçinin AR Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş hüquqlarına hörmətsiz yanaşıldığı qabarıq şəkildə diqqət çəkir. Təəssüflə qeyd edilməlidir ki, oğurluq işi çərçivəsində hüquq mühafizə orqanlarının apardığı cinayət işinə dair materiallar hələ də Salyan Oil şirkəti tərəfindən naməlum səbəblərə görə nəticələr gizli saxlanılır. Eyni zamanda bu oğurluq hadisəsi ilə bağlı Salyan rayon Polis şöbəsi, Salyan rayon Prokurorluğu və Salyan rayon Məhkəməsinin və ya istənilən hüquq mühafizə orqanının hər hansı istintaq sənədi, ittiham aktı, qərar və hökm təqdim edilməmişdir.
3. Şirkətin hüquqşünası Hafiz Dünyamalıyev məni qərəzli olaraq əmək funksiya və vəzifə təlimatına aid olmayan müxtəlif qanunsuz əməllərə və hərəkətlərə yol verməkdə ittiham edir. Mən, rəhbərlik tərəfindən verilmiş təlimata uyğun işi aparmışam və şirkət daxilində mövcud olan nöqsanlar və neqativ hallar barədə vaxtlı-vaxtında və obyektiv məlumatlar toplayaraq birbaşa TX rəisinə və icraçı direktora ötürmüşəm. Təəssüflə qeyd etmək lazımdır ki, şirkət daxilində idarəçiliyin zəif qurulması və rəhbər şəxslərin peşakarlıq dərəcəsinin aşağı olması səbəbindən yuxarıda sadalanan nöqsanlar və neqativ halların miqyası böyük olmuş, eləcə də mütəmadi xarakter daşımışdır. Bunları təsbit edən video materillar var. Öz növbəsində nöqsanların gündəlik olaraq Bakı offisinə raportlanması da “Salyan Oil” şirkətinin icraçı direktor Nahid Nuriyev tərəfindən öz nüfuzuna xələl kimi qəbul edilmiş və o, qapandığı neqativ emossiyaların təsiri altında dəfələrlə mənim şəxsiyyət və ləyaqətimi alçaldılmasına yol vermişdir. İcraçı direktor N.Nuriyevin qərəzli mövqeyini əks etdirən fakt isə “Salyan Oyl” şirkətinin guya 177 nəfər işçisinin mənimlə bağlı imzaladığı məktubda öz əksini tapmışdır. Belə ki, icraçı direktorun təşəbbüsü ilə mənə qarşı hazıralnmış sözügedən məktubda Qarabağlı və Kürsəngi yataqlarında neft hasilatının nəzərə çarpacaq dərəcədə aşağı düşməsinin əsas səbəbkarı kimi Taleh Babayevin adı göstərilir. Hal-hazırda “Salyan Oyl” şirkətinin sahədə 800 nəfərə yaxın işçisi çalışır və yuxarıda qeyd olunan məktubda guya 800 nəfərin əhval-ruhiyyənin aşağı olmasının səbəbkarı da Taleh Babayevin göstərilməsi gülünc doğuran hal deyilmi? Əgər deyilənlər həqiqətdirsə, onda mənim barəmdə vaxtında nə üçün tədbirlər və maarifləndirici söhbətlər aparılmayıb?! Qeyd etmək istəyirəm ki, icraçı direktorun qərəzli mövqeyinə etiraz olaraq, mən hələ may ayında GL-nin prezidenti Asif Zeynalova yazılı şəkildə şikayət etmişdim (məktub əlavə olunur).
4. Mənim əmək funksiyalarıma səhlənkarcasına yanaşdığıma görə qanunsuz əməlin baş verməsinə münbit şərait yaradılması barədə mənə qarşı qaldırlan iddialar da həqiqəti əks etdirmir və əsassızdır. Bunu aşağıdakı arqumentlərlə sübut edə bilərəm:
-Mühafizə olunan obyektlərdə şəffaflığın təmin edilməsi üçün “Qaraj anbarında”kı mühafizə postunda, eləcə də anbarın yerləşdiyi yataqda post-patrulda bir yox, iki mühafizəçinin olması labüd idi.
- “Qaraj anbarında” köməkçi texniki vasitələrin işlək vəziyyətdə olmaması.
- Oğurluq etmiş, mühafizəçi K.Quliyevin mütəşəkkil cianyətkar qrupla əlbir olması və mühafizə xidmətinin daxili iş prinsipləri barədə məlumatlı şəxs kimi cinayətin tördilməsinə münbit şərait yaratması,
- K.Quliyev İkinci Qarabağ müharibəsinin iştirkçısıdır və müharibədən sonra psixoloji durumunda ciddi problemləri vardır. Şirkətin insan resursları şöbəsinin K.Quliyevin mövcud psixoloji durumunu nəzarətdə saxlamaması və ona tibbi dəstək göstərməməsi.
- növbə rəislərinin əmək funksiyalarına və vəzifə təlimatına Kürsəngi və Qarabağlı yataqlarında mühafizə işinin təşkili daxildir. İşin təşkili 12 saat vaxt intervalında hər iki yataqda yerləşən 5 stasionar mühafizə postunu (2 post Qarabağlı və 3 post Kürsəngidə yerləşir) və 2 post-patrulun işini təlimata uyğun təşkil etmək, o cümlədən ümumi sahəsi 650 kv.km olan (2700 hektar kontrakt ərazidə) 2 yataqda 214 işlək quyuya baxış keçirmək (76 quyu Qarabağlı yatağında və 138 quyu Kürsəngi yatağında yerləşir ), 26 infrastruktur obyekt və inzibati sahələrə baş çəkmək, şirkətin daimi istifadəsinə verilmiş ərazidə zəptə cəhd hallarının aşkarlanması idi. Eyni zamanda şirkətə dəyə biləcək maddi zərərə dair gündəlik faktların toplanması və analiz edilməsi də daxil idi. Qeyd etmək lazımdır ki, iki yataq arasında məsafə təxminən 30 km təşkil edir. Bu məsafəni surət həddinə riayət etməklə (surət həddi 60 km/saat olduqda) 40 dəqiqə və ya 1 saata fəth etmək mümkündür. Bu səbəbdən növbə rəisi birinci yataqda olan zaman ikinci yataqa mövcud vəziyyətə təlimata uyğun olaraq post patrul nəzarət etməli və mövcud vəziyyət barədə radio əlaqə vasitəsilə məlumat ötürməli idi. Oğurluq baş verən zaman mən Qarabağlı yatağında olmuşam və “Qaraj anbarı”nın yerləşdiyi Kürsəngi yatağına nəzarəti post-patrula cavabdeh olan mühafizəçi Taleh Nuruşov tərəfindən aparılıb. Qanunsuz əməl baş verən zaman T.Nuruşovun əmək funksiyalarına səhlənkarcasına yanaşması bir başa sübut edilə bilər. Qanunsuz əməl baş verən zaman mən, mənim növbə rəisi qimində post-patrulda istifadə etdiyim üç avtomobilin (90PH207, 90PD976, 90PG317) hərəkət matşurutu barədə məlumatlar GPS qurgusu vasitəsilə əldə edilərək analiz edilməyib. Şirkət daxili komissiyanın apardığı araşdırmada GPS məlumatı işdə əsas kimi nəzərə alınmalı idi. Eyni zamanda Kürsəngi yatağında mühafizəçi Taleh Nuruşovun post-patrulda istifadə etdiyi avtomobilin (90PG317) hərəkət marşrutu da anoloji metodla analiz edilməlməyib.
-Həmkar İttifaqı komitəsinin araşdırmasına gəldikdə Cavabdeh şirkətin daxilində olan mühafizə xidmətinin qanuni fəaliyyəti üçün lisenziası olmaması və mühafizə aparan işçilərə heç bir peşəkar fəaliyyət aparmaq üçün təlim keçirilməməsi, Mənə Təlimatın tələblərini pozulması ittihamı verilməsinə dair heç bir əsas olmaması, eyni zamanda həmin oğurlanmasında ittiham edildiyim borular rəsmi şəkildə mənə təhvil verilmədiyi və birbaşa həmin boruların qorunmasının mənə həvalə olunmaması bildirilsədə öz bildikləri kimi iclas keçirmişlər və işdən çıxarılmağıma əsaslandırılmaış qərar vermişlər. Mühafizə nöqtəsi kimi göstərilən Anbarın şirkətdə anbar kimi rəsmi qeydiyyatının olmaması, bu anbarın standartlara cavb vermədiyi və rəsmi anbardar ştatı olmadığından orada baş verənlərin növbə rəisi olaraq mənim üzərimə atılması təmamilə əsassızdır. HİK iclasında bildirmişəm ki, Qaraj anbarı postunun mövcud olan qeydiyyat kitabçasında mühafizəçilər tərəfindən növbənin təhvil təslimi aparılır və orada olan və saxlanılan, təhvil verilən mal materiala aid siyahı və ya onların təhvili göstərilmir. Amma bu xüsusatların heç biri nə daxili araşdırma, nə HİK iclasında nədəki məhkəmədə aydınlaşdırılmaışdır.
Və nahayət birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair aşağıdakı dəlillər vardır:
Qətnamədə göstərilir ki, Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə razılaşdırılmışdır ki, növbə ərzində müəssisədə və istehsal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələrindəndir. Bu o demək deyildir ki, iddiaçı olaraq mən baş verə biləcək oğurluqda əlbirliyim ola bilər və oğurlıuqda yaxından və ya uzaqdan iştirakçılıq etməklə cavabdehə maddi ziyan vurmuş oluram. Oğurluq edən şəxsi mən işə götürməmişəm və onun hərəkətlərinə görə hər hansı məsuliyyəti öz üzərimə götürməmişəm ki, o cinayət və sair hərəkətlər törətdiyi təqdirdə məndə birgə məsuliyyət daşımış olum.
Məsələ ilə bağlı suallar çoxdur və təəssüflər olsun ki, şirkət rəhbərləri onları cavblandırmaq iqtidarında deyildir. Onlar üçün ən asant yol zəif və savadsız kütləni şərləyib içşdən çıxartmaqdır.
Bu azmış kimi, sahələrdə baş verən özbaşnalıq, hərc-mərclik, fəaliyyətsizliyə görə, bu gün mən və mənim ailəm əziyyət çəkir. Bu şirkətdə rəhbər şəxslərin zəif idarəçiliyi və məsuliyyətsizliyidir. Maraqlı məsələ burasındadır ki, rəhbər şəxslər 10 min manat və yuxarı məbləğdə əmək haqqı alır. Mən işlədiyim dövrdə aylıq əmək haqqım 600-700 manat cavarında olmuşdur. Şirkətin rəhbərləri bu kiçik məbləği mənə çoxmu gördülər, bu sosial ədalətsizlik deyilmi?! Mən bir şeyi başa düşürəm ki, Nahid Nuriyev kimə arxayın olub bu özbaşnalıq, ədalaətsizlik hallarına yol verirlər, vəzifələrindən sui-istifadə edərək fəhlələri şərləyirlər!
Təəssüflə bildirirəm ki, “Salyan Oil” şirkətinin fəaliyyəti dövründə rayonun eko sisteminə ciddi zərər dəymiş, onun fauna və florası zərər çəkmişdir (bunu təsdiqləyən video materiallar mövcuddur). Eyni zamanda texnoloji proseslərə əsassız şəkildə müdaxilələr olmuş, bir çox quyuların neft verimi azalmış və ya neft quyuları fəaliyyətini dayandırmışdır. Bunları deməyə əsas şirkətdəki iş prosesində apardığım müşahidələr, qeydə aldığım video materiallar verə bilər.
Şirkət daxilində baş verən idarəçiliyin zəif olmasına baxmayaraq, mən mühafizəçi olaraq mədənlərdə baş verən neqativ halların aşkarlanmasına xüsusi diqqət yetirmişəm. Çünki, bu mənim bir başa vəzifə borcum olmaqla yanaşı, Qarabağlı və Kürcəngi yataqları mənim üçün Salyan əhalisinin maddi rifahının sabit qalmasıma təminatdır və ən azı 800 ailənin gəlir mənbəyi deməkdir!
“Salyan Oil” şirkətinin rəhbərlərinə ilk növbədə Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş ekoloji pozuntunun ölkədə ictimai-siyasi rezanansa səbəb olması faktını, eləcə də ölkə rəhbəri Cənab İlham Əliyevin xarici şirkət və investorlara ünvanladığı çıxışına bir daha diqqət yetirməyi də tövsiyə edərdim!
Hörmətlə,
Taleh Babayev