1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 16:57-də qeydə alınıb.
Zəlzələ ocağı 62 km dərinlikdə yerləşib.
Qeyd edək ki, Xəzər dənizində ötən gün də yeraltı təkanlar qeydə alınnmışdı.