Məşhur "TikTok" fenomeni Nia və Furkan Ağluçun evinə silahlı basqın olub.
News365.az xəbər verir ki, maskalı və əli silahlı şəxs Furkanın evdən çıxdığını görüb və evin arxasındakı mətbəx qapısından evə daxil olub.
Nianın evdə yalnız olmasını görən şəxs onu silahla hədələyərək qızılları verməsini tələb edib.
Külli miqdarda zinət əşyasını götürüb evdən qaçan soyğunçu Niaya heç bir zərər verməyib.
5 günlük araşdırmadan sonra o, Diyarbakır şəhərində yaxalanaraq həbs olunub.
Furkan Ağluç həyat yoldaşı Nianın hadisədən sonra çox qorxduğunu, depresaiyaya düşdüyünü və çətin günlər yaşadığını bildirib.