Türkiyəli müğənni Gökhan Özoğuz boşanıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, ifaçı 13 illik həyat yoldaşı Melis Ülken ilə rəsmi şəkildə ayrılıb.
Qeyd edək ki, Gökhan 2012-ci ildə Melis ilə evlənib. Onların Ayşe, Leyla və Ali adlı 3 övladı var. Gökhan tamaşaçılara "O səs Türkiyə" layihəsindən tanışdır. O, şouda münsiflərdən biri olub.
Müğənni Türkiyəni 2004-cü ildə "Avroviziya" mahnı müsabiqəsində "For real" mahnısı ilə təmsil edib. O, şouda 195 xalla dördüncü olub. Bu o vaxta qədər Türkiyənin yarışma tarixində topladığı ən yüksək xal olub.
Gökhan son olaraq aktyor kimi "Kırmızı oda" serialında rol alıb.